U-17 yığmamız da rəqibinə məğlub olub
16.11.2024 - 16:12
U-17 yığmamız da rəqibinə məğlub olub

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gəlib.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Rumıniya yığmasına qarşı keçirəcək.

0