
Misli Premyer Liqasının XXXII turunun "Sabah" - "Qarabağ" matçından (1:1) sonra meydan sahiblərinin çalışdırıcısı Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Bu gün hər iki tərəfin ifasında kəskin hücumlar şəraitində keçən oyunun şahidi olduq. Bərabər səviyyədə oyun oldu. Biz bu gün bir xala layiq idik".
- Kubokun finalında da "Qarabağ"la qarşılaşacaqsız. Müəyyən qeydlər apardınız?
- Təbii ki, etdik. Kubokun finalı bir oyundan ibarətdir, hər şey baş verə bilər. Amma biz "Qarabağ"ı finalda favorit hesab edirik. Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan. Rəqiblər barədə müəyyən qeydlərin olur.
- Özünüzü finalda "Qarabağ"ı udacaq gücdə hesab edirsiz?
- Əlbəttə. Bundan qabaqkı sualda bu haqda danışdım. Finaldır, hər şey ola bilər. Bəli, "Qarabağ" favoritdir. Amma biz güclü tərəflərimizi bilirik. Hər şeyi edəcəyik ki, kuboku qazanaq.
- Avrokuboklara vəsiqə qazana bilməsəz, postunuzda qalacaqsız, yoxsa gedəcəksiz?
- Bu qədər gələcəklə bağlı heç nə deyə bilmərəm. Bu barədə klubun rəhbərliyi ilə mənimlə birlikdə qərar verəcək.