"Sabah"ın baş məşqçisi Vasili Berezutski klubun rəsmi saytına açıqlama verib.
Apasport.az xəbər verir ki, "bayquşlar"a keçidi barədə danışıb.
“Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və həyəcanlı olacaq. “Sabah”ı Murad Musayevin dövründən tanıyıram. Onu yaxşı tanıyıram, bir yerdə oxumuşuq. Musayev baş məşqçi təyin olunduqdan sonra klubu yaxından izləməyə başladım. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədər çox deyil. Buna görə Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada işləyəndə buna xüsusi diqqət yetirirsən. Daha sonra "Sabah" klub kimi diqqətimi çəkdi. Bu cür gənc insanların çox maraqlı, xüsusi yanaşması var. Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu biləndə bir növ rahatlıq tapırsan.
Bakı çox xoşuma gəlir, ən əsası da budur. Bu müddər ərzində tanış olduğum "Sabah"da çalışan insanlar isə sadəcə heyrətamizdir. Ona görə məşqçi işində yəqin ki, ən vacib şey budur, qalan hər şey tədricən gələcək. Futbolçu kimi təcrübəm çoxdur, baş məşqçi kimi isə sahib olduğum keyfiyyətləri həyata keçirməyə və paylaşmağa çalışacam. Bunun müqabilində futbolçulardan qarşılıq alacağımı düşünürəm. Sonuncu dəfə Bakıda 12 il əvvəl olmuşdum. Bu müddət ərzində hər şey inanılmaz dərəcədə dəyişilib. Azarkeşlərdən dəstək istəyirik. Biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, fanatlar futbola gəlməkdən həzz alsınlar”.
Qeyd edək ki, “Sabah” Vasili Berezutski ilə 2,5 illik müqavilə imzalayıb.