Veteran cüdoçumuz 12-ci dəfə dünya çempionu olub
05.11.2024 - 11:43
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
Apasport.az xəbər verir ki, o, ABŞ-nin Las-Veqas şəhərində keçirlən turnirdə M8 kateqoriyasında fərqlənib.
F. Rəcəbli ilk görüşündə yerli Lorenzo Schippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı Philippe Jouny, Michel Dumortier və Alain Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.
0
0