Beynəlxalq Сüdo Federasiyası Parisdə keçirilən Qran-pri turnirindən sonra yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransaya cəmi 4 idmançı ilə yollanan və medal qazana bilməyən Azərbaycan millisinin uğursuzluğu siyahıda da öz əksini tapıb.
Belə ki, idmançılarımızdan heç biri reytinqdə irəliləməyi bacarmayıblar. Ən yaxşı halda Nicat Şıxəlizadə (66 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) mövqelərini qoruyublar. Onlardan yenə Məmmədov 1-ci, Qasımova 18-ci və digər üçü 8-ci yeri tuturlar.
İlqar Müşkiyev 1, Orxan Səfərovla (hər ikisi 60 kq) Ramilə Yusubova (63 kq) hərəyə 3, Tərlan Kərimov (66 kq) 2 və Tural Səfquliyev (81 kq) 6 pillə geriləyib. Nəticədə təmsilçilərimiz müvafiq olaraq, 12-ci, 18-ci, 64-cü, 48-ci və 39-cudur.
Son yarışlarda 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüstəm Orucov isə 69 yerdə qərarlaşıb.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək