2022-ci ilin qış Olimpiadasının keçirilməsi üçün 5 şəhər namizədliyini irəli sürüb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi bu şəhərlərin Krakov (Polşa), Oslo (Norveç), Alma-Ata (Qazaxıstan), Lvov (Ukrayna) və Pekin (Çin) olduğunu açıqlayıb.
BOK-un işçi qrupu bu şəhərlərin ərizə kitablarını araşdıracaq. İcraiyyə komitəsi isə 7-9 iyul tarixində hansı şəhərlərə rəsmi namizəd-şəhər statusunun verilməsi ilə bağlı qərar çıxaracaq. Seçimdən keçən şəhərlər 2015-ci il yanvarın 7-də yekun ərizə təqdim etməlidirlər. Bu zaman ərizə dövlət təminatı ilə təsdiq olunmalıdır.
2022-ci il Olimpiadasının harada keçiriləcəyi ilə bağlı qərar 2015-ci il iyulun 31-də BOK-un Malayziyadakı növbəti sessiyası zamanı açıqlanacaq.
Xatırladaq ki, 2018-ci il qış Olimpiadası Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq