Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan” veloyürüşü indi idman həvəskarlarına daha yaxındır. Apasport.az saytının xəbərinə görə, yürüşün təşkilatçılarının təşəbbüsü ilə bu nüfuzlu yarışın kompüter oyun versiyası hazırlanaraq istifadəyə verilib.
Artıq hər bir şəxs peşəkar velosipedçi kimi “Tour d’Azerbaidjan”ın virtual iştirakçısı ola bilər. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, 5 mərhələdən ibarət olan velotur Bakı və Sumqayıt şəhərlərindən, habelə daha səkkiz rayonun ərazisindən keçdiyi halda, fləş-oyun versiyasında marşrutlar Azərbaycanın bütün bölgələrini əhatə edir ki, bu da ölkəmizin dünyaya daha yaxından tanıdılmasına xidmət edir.
Real yürüşdə olduğu kimi, oyun versiyasında da hər mərhələnin öz çətinlikləri var. Enişli-yoxuşlu yollar, Azərbaycanın bütün bölgələrinə virtual səyahət bu oyunu daha da maraqlı edir. Özünüzə velosiped və geyim dəsti seçin, marşrutu müəyyənləşdirin və irəli! Macəralar sizi gözləyir.
Mayın 7-də start götürəcək “Tour d’Azerbaidjan-2014”ə qədər oyunda daha çox xal toplayan iştirakçı hədiyyəsiz qalmayacaq.
Oyuna qoşulmaq üçün bu linkdən istifadə etmək olar – http://game.tourdeazerbaidjan.com
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq