Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” 2014-cü ilin Avropa turlarına start verir. Apasport.az saytının xəbərinə görə, komandamızın üzvləri həftəsonu Sloveniyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı birgünlük “İzola” Qran-Prisində mübarizə aparacaqlar.
Heyətə 5 velosipedçi daxil edilib ki, onlardan da üçü “Synergy Baku”nun heyətində debüt edəcək – bunlar avsrtiyalı Markus Eybeger və Yan Sokol, həmçinin irlandiyalı Filipp Laveridir. Digər iki velosipedçi isə ötəl il də komandamızın uğurları üçün çalışan ukraynalı Aleksandr Surutkoviç və irlandiyalı Konnor Makkonveydir.
İştirakçılar birgünlük yarışda 142 km məsafə qət etməlidirlər. Komanda məşqçilərinin taktikasına əsasən, kollektivin digər üzvləri Markus Eybegerin öndə getməsinə çalışacaqlar. Idman direktoru Stefan Rukerin sözlərinə görə, Markus yürüşün son mərhələlərində daha şanslıdır. “Eybeger mövqe mübarizəsində və yüksəklikləri dəf etməkdə daha bacarıqlıdır. Kiçik qruplarda isə sürət yığa bilmək hesabına velosipedçimiz fəxri kürsüdə yer ala bilər. Ümumiyyətlə isə hər bir üzvümüz Avropada başlanan yeni mövsümdən çox məmnundur və uğurlu nailiyyətlərə inanırıq”.
“Bu yarış mənim üçün yeni bir çağırışdır və “Synergy Baku”nun heyətində yeni mərhələyə başlayıram. Qış fasiləsindən sonra yenidən yürüş həyəcanını hiss etmək xoş hissdir. Martda keçiriləcək Tayvan turunda da iştirak edəcəyimi nəzərə alsaq, gücümü yoxlamaq üçün əla imkan qazandığımı düşünürəm” – deyə, Markus Eybeger bildirib.
Komandanın baş meneceri David McQuaid isə son günlər “Synergy Baku”nun kifayət qədər aktiv dönəm keçirdiyini deyib: “Kollektivin bəzi üzvləri hazırda cənab yarımkürəsində Lanqkavi turuna, bir hissəsi isə Sloveniyada “İzola” Qran-Prisinə hazırlaşır. 3 yeni üzvümüz ilk yarışda uğurlu nəticə qazanmaq iddiasındadır”.
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək