Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) 18 atletimizi diskvalifikasiya etməsi Azərbaycan millisinə növbəti zərbəni vurub. Apasport.az saytının məlumatına görə, yığmamız böyüklər arasında Avropa çempionatının ardınca yeniyetmələr arasında qitə birinciliyinə də buraxılmayacaq.
Buna İWF-nin cəzası səbəb olub. Belə ki, komandamız Azərbaycan Ağır Atletika Federasiyası 500 min avronu ödəməyənə kimi hər hansı bir yarışda iştirak hüququnu itirib.
Polşada aprelin 28-də start götürəcək qitə birinciliyi Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakteri daşıdığından millimiz Çinin Nanjinq şəhərinə vəsiqə qazanmaq imkanını da əldən verib. Avropa atletləri üçün Olimpiadaya yeganə lisenziya turniri olan çempionata buraxılmamaq isə bu yarışdan kənar qalmaq deməkdir.
Qeyd edək ki, 2010-cu ildə Sinqapurda baş tutan ilk Olimpiadada yeniyetmə idmançılarımız 5 qızıl və 3 bürünc medal qazanmışdılar. Yarışda 1 atletlə təmsil olunan ağırlıqqaldırma yığmamız isə bu qızıl medallardan birinə sahib olmuşdu. Həmin vaxt hazırda Azərbaycan millisindən imtina edərək, Qazaxıstana üz tutan Nicat Rəhimov (69 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib