“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak dünya çempionatında iştirak edə bilməyəcək. Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, o, bu ölkənin yığma komandasının ilkin siyahısına düşməyib.
Polşa millisinin baş məşqçisi Adam Navalka mundial öncəsi 35 nəfərlik siyahı açıqlayıb. 61 yaşlı çalışdırıcı məhz həmin oyunçular arasında seçim aparacaq. Yekunda 12 nəfər siyahıdan çıxarılacaq və dünya çempionatına yollanacaq “23-lük” müəyyənləşəcək. Jezniçak isə dəvətlilər arasında olmayıb.
Polşa millisinin ilkin heyəti belədi:
Qapıçılar: Lukaş Fabyanski (“Suonsi”, Uels), Voyçex Şesnı (“Yuventus”, İtaliya), Lukaş Skorupski (“Roma”, İtaliya), Bartoş Byalkovski (“İpsviç”, İngiltərə)
Müdafiəçilər: Lukaş Pişek (“Borussiya”, Dortmund, Almaniya), Kamil Qlik (“Monako”, Fransa), Matsey Rıbus (“Lokomotiv”, Moskva, Rusiya), Artur Endjeyçik, Mixal Pazdan (hər ikisi “Legiya”), Tiaqo Çionek (“Spal”, İtaliya), Bartoş Bereşinski (“Sampdoriya”, İtaliya), Marçin Kaminski (“Ştutqart”, Almaniya), Tomaş Kendzyora (“Dinamo”, Kiyev, Ukrayna), Yan Bednarek (“Sauthempton” İngiltərə)
Yarımmüdafiəçilər: Yakub Blaşikovski (“Volfsburq”, Almaniya), Kamil Qrosiçki (“Hall Siti”, İngiltərə), Qjeqoj Krıxovyak (“Vest Bromviç”, İngiltərə), Slavomir Peşko (“Lexiya”), Pyotr Zielinski (“Napoli”, İtaliya), Kşiştof Maçzinski, Sebastyan Şimanski (hər ikisi “Legiya”), Karol Linetti (“Sampdoriya”, İtaliya), Maçey Makuşevski (“Lex”), Yaçek Qoralski (“Ludoqorets”, Bolqarıstan), Rafal Kurzava, Damian Kadzior, Şimon Zurkovski (hamısı “Qurnik”), Pavel Davidoviç (“Palermo”, İtaliya), Pjemişlav Frankovski (“Yagelloniya”)
Hücumçular: Robert Levandovski (“Bavariya”, Almaniya), Arkadiuş Milik (“Napoli”, İtaliya), Lukaş Teodorçuk (“Anderlext”, Belçika), Kamil Vilçek (“Brondbü”, Danimarka), David Kovnaçki (“Sampdoriya”, İtaliya), Kşiştof Pyontek (“Krakovya”).
Qeyd edək ki, Polşa yığması dünya çempionatında Seneqal, Yaponiya və Kolumbiya ilə bir qrupda mübarizə aparacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb