“Cüdo üzrə yarışlara start verilib. 14 məkanda yarışlarda böyük sayda tamaşaçı iştirak edib. Bu, orta hesabla 75 faiz edir”. Apasport.az saytının xəbərinə görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
Bu gün keçirilən mətbuat konfransında iştirak edən baş direktor dünənin yekunları ilə bağlı məlumat verib: “Könüllülər dünən də çox səy göstərdilər. Oyunların uğurlu keçməsində əziyyətlərini əsirgəmirlər. Hava proqnozuna görə, dünən BMX velosiped yarışlarının vaxtında dəyişiklik etmişik. Bu dəyişikliklər bütün maraqlı tərəflərlə razılaşdırılıb. Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdı. Keçid prosesi başa çatıb. Bu gün 23 medal dəsti sahiblərinə çatdırılacaq. Azərbaycan yığmasının uğurları əhalinin Oyunlara marağını artırıb. Bununla bağlı hər kəsi təbrik edirik. Bu, Azərbaycan heyətinin nailliyyətidi. Bu gün 29 min tamaşaçı olacaq. Şənbə günü 26 minə yaxın tamaşaçının gəlişi gözlənilir. Hazırda vəziyyət normaldı. Bu uzun yolu gözəl nəticələrlə başa çatdırırıq. Əvvəlki səviyyədə xidmətlər göstərməyə köklənmişik. Hər kəs əlindən gələni edir”.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib