Stavanqerdə “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın II turunda Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşıb.
“Qaralar”la oynayan həmyerlimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. Maraqlıdı ki, turun digər qarşılaşmalarında da eyni nəticə qeydə alınıb. Bütün şahmatçılar 0,5 xalla kifayətləniblər.
Məmmədyarov III turda Sergey Karyakinlə qarşılaşacaq.
II tur
Fabiano Karuana (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Dinq Liren (Çin) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Turnir cədvəli: Karlsen – 1,5 xal; Məmmədyarov, Vaşye-Laqrav, Nakamura, Liren, So, Karyakin, Anand, Aronyan – hamısı 1, Karuana – 0,5.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb