Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Apasport.az saytının məlumatına görə, Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.
Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışda 15 boksçu iştirak edir. Hazırlığın ilk mərhələsi iyunun 5-dək davam edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda əsasən fiziki məşqlərə üstünlük verilir.
Bununla da avqustda Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının hazırlığı başlayıb.
Mənbə: abf.az
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb