2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına iddiaçılar sırasına daha bir ölkə qoşulur. Apasport.az saytının məlumatına görə, CAR 10 il sonra baş tutacaq yarışlara ev sahibliyi etmək iddiasını ortaya qoyub.
Afrikalıların bu istəyini ölkənin idman naziri Fikile Mbabula açıqlayıb. Onun sözlərinə əsasən Olimpiya Oyunları üçün Durban şəhərinin namizədliyinin verilməsi planlaşdırılır. 2004-cü ildə də belə iddia da olan Afrika ölkəsi həmin vaxt Afina ilə mübarizədə uduzmuşdu.
2010-cu ildə futbol üzrə dünya çempionatını uğurla təşkil edən CAR-da keçirilən mundial həm də vuvuzelalarının səsi ilə yaddaşlarda qaldı. Olimpiada-2024-ün ev sahibinin adına isə 2017-ci ildə aydınlıq gəlməlidir. Bu ada Azərbaycan paytaxtı Bakı da iddia edir.
Bakının rəqibləri sırasında Toronto (Kanada), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Doha (Qətər), Vyana (Avstriya), Dubay (BƏƏ), Budapeşt (Macarıstan), Kiyev (Ukrayna) və Nyu-Yorkun (ABŞ) olacağı gözlənilir. Lakin Beynəlxalq Olimpiya Komitəsi rəsmi sifarişləri 2015-ci ildə qəbul edəcəyindən bunların heç biri dəqiqləşməyib.
Qeyd edək ki, Olimpiya oyunları indiyədək heç vaxt Afrikada keçirilməyib.
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb