Bakı-2015: Bütün idman obyektləri gələn il fevralın 1-dək hazır olacaq
28.04.2014 - 10:35
Bakı-2015: Bütün idman obyektləri gələn il fevralın 1-dək hazır olacaq

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları üçün idman qurğularının tam hazır olacağı vaxt açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

 

O bildirib ki, hər hansı bir gecikmə olmayacaq: “Biz obyektlərin hazırlığını gündəlik izləyirik. Çünki tapşırıq verilib ki, 2015-ci ilin fevralın 1-də bütün qurğular hazır olmalıdır”.

 

Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də olacaq.