Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı avstriyalı Peter Zayzenbaherin gedişindən sonra başsız qalan və yarışlara qatılmayan Azərbaycan millisi üçün heç də uğurlu alınmayıb.
Belə ki, Hacıağa Hacıəhmədova tapşırılması gündəmdə olan və yalnız təyinatın rəsmiləşməsi qalan yığmamızın heyətində Tural Səfquliyev (81 kq), Rüstəm Orucov (81 kq), Elmar Qasımov (100 kq) Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) geriləyənlər sırasındadır. Onlar müvafiq olaraq, 41-ci, 71-ci, 9-cu, 21-ci və 68-ci yerə eniblər.
Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini qoruyublar. Bu idmançılar yenə müvafiq olaraq, 12-ci, 18-ci, 8-ci və 1-cidirlər.
Onlarla müqayisədə Tərlan Kərimov (66 kq) 8 pillə irəliləməklə 56-cı, Şahin Qəhrəmanov (90 kq) isə bir rəqibini arxada qoymaqla 7-ci yerə yüksəlib.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib