İki boksçumuz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya birinciliyinin ən azı bürünc medalını özünə təmin edib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə aprelin 23-də keçiriləcək yarımfinalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq.
Komandamıza medal qazandıran digər boksçu Rüfət Hüseynovdur. 49 kq çəki dərəcəsində yarışan həmyerlimiz yarımfinal görüşündə özbəkistanlı Süleyman Latipovla üz-üzə gələcək.
Onlardan fərqli, superağir çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov 1/4 finalda mübarizəni dayandırıb. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Marat Kerimxanova uduzub – 0:3.
Gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq, mükafatçılar sırasına düşə bilməyib – 1:2.
Qeyd edək ki, Çində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyinə aprelin 24-də yekun vurulacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib