Tayvanın Taypey gənc taekvondoçular arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışın ilk 3 günündə 3 medal qazanıb.
Belə ki, mundiala 18 taekvondoçu ilə yollanan komandamızın heyətində Məhəmməd Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək, dünya çempionu adına layiq görülüb. Ondan fərqli, yalnız finalda məğlubiyyət acısı yaşayan Səid Quliyev (73 kq) gümüş medala yiyələnib. Digər taekvondoçumuz Safiye Polat (49 kq) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, dünya birinciliyindən öncə baş tutan təsnifat turnirində Quliyevlə Polat (49 kq) Çinin Nanjinq şəhərində keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarına lisenziya da qazanıb.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq