Sərbəst güləş üzrə Avropa çempionatının 4-cü günündə güləşçilərimiz daha bir qızıl medal qazanıblar. Apasport.az saytının məlumatına görə, 70 kiloqram çəkidə çıxış edən Ruslan Dibirhacıyev finalda erməni güləşçisini biabırçı hesabla məğlub edib.
Dibirhacıyev 1/8 finalda Belarus təmsilçisi Anton Afanasyev üzərində 10:2 hesabı ilə qələbə qazanıb. 1/4 finalda güləşçimiz Macarıstan idmançısı İstvan Qulyası 6:2 hesabı ilə məğlub edib. Dibirhacıyev üçün ən çətin görüş yarımfinalda olub. İdmançımız finala çıxmaq üçün Türkiyə təmsilçisi Yakup Görə ilə güləşib. Gərgin görüş 5:4 hesabı ilə Dibirhacıyevin xeyrinə başa çatıb.
Həlledici görüşdə güləşçimiz erməni Qriqor Qriqoryanı sınağa çəkib. Rəqibindən xeyli üstün olan Ruslan Dibirhacıyev erməni güləşçisini biabırçı 12:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Xatırladaq ki, bundan əvvəl Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) də qızıl medal qazanıblar.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq