İdmançılarımız İngiltərədə dünya kubokunun qalibi olublar. Apasport.az-ın məlumatına görə, İngiltərənin Stoke Mandeville şəhərində keçirilən güllə atıcılığı üzrə dünya kuboku yarışlarında Milli komanda üzvlərindən Kamran Zeynalov 10 metrlik atışda yekun nəticə olaraq 194.5 xal toplayaraq, bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokuna sahib olub. Bu yarışın komanda növündə iştirak edən Kamran Zeynalov, Əkbər Muradov və Elşad Məmmədov ümumilikdə 1661 xal toplayaraq dünya kubokunun qalibi adını alıb. Qeyd edək ki, dünən çıxış edən paralimpiya millimizin idmançısı Elena Taranova gümüş medal qazanıb.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq