Fevralın 28-də Rusiyanın paytaxtı Moskvada 10 m məsafədən atəş açmaq üzrə Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, 6 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Çempionatda böyüklər arasında hədəf önünə İradə Aşumova, Ruslan Lunyov və Rəsul Məmmədov çıxacaqlar. Millimizi gənclərin yarışda Urfan Axundovla Nərminə Səmədova, yeniyetmələr arasında isə Elvin Astanov, Nərmin Abbaslı və Leyla Mirzəzadə təmsil edəcəklər.
Snayperlərimizə məşqçilər Vladimir Lunyov və Olqa Stepanova rəhbərlik edəcək.
Qeyd edək ki, Axundov və Səmədova eyni zamanda, Çində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda da mübarizə aparacaqlar.
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək