Boks üzrə keçmiş dünya çempionu, macarıstanlı Karol Balazi xərçəng xəstəliyinə tutulub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı Balazi Budapeştdəki müqəddəs Laslo klinikasında kimyaterapiya kursu alır.
Boksçu özü optimist əhval-ruhiyyədədir: “Bu rəqibi mən seçməmişəm, özü gəlib. Amma mən yenə də qalib olacağam”.
Macarıstanlı boksçu özünü pis hiss edərək həkimlərə müraciət edib. Əvvəlcə ona kəskin virus infeksiyası diaqnozu qoyulub. Amma daha dərin müayinədən sonra Balazinin xərçəng xəstəliyinə tutulduğu müəyyən edilib.
Balazinin professional karyerası 2004-2012-ci illəri əhatə edir. O, professional rinqdə 27 döyüş keçirib, 25 döyüşdə qalib gəlib (18 döyüşdə nokautla), 2 görüşü uduzub. 76,2 kiloqram çəki dərəcəsində çıxış edən boksçu 2009-cu ildə WBO versiyası üzrə dünya çempionu titulunu qazanıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib