Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan komandası yarışı 4 qızıl, 1 gümüş və 9 bürünc medalla başa vurub.
Son ölkə çempionu Tural Əhmədov beynəlxalq turnirdə də 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü finalda Qırğızıstan idmançısı Bektur Otoqonovu məğlub edib. Lorenzo Sotomayor da (64 kq) yarışı 1-ci yerdə başa vurub. Kuba əsilli boksçumuz həlledici görüşdə Gürcüstan idmançısı İrakli Melikaşvilini üstələyib. İlk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edən Jaba Xositaşvili (75 kq) bütün rəqiblərindən üstün olub. “Baku Fires” klubunun digər üzvü Denis Latipov (91+kq) isə finala vəsiqə qazansa da, o, yarımfinalda idmançıya yaraşmayan hərəkət etdiyindən diskvalifikasiya olunub.
49 kq
Denis Kozaruk (Ukrayna) – Turat Osmonov (Qırğızıstan) Osmonov qalib gəlib
52 kq
Zarid Jumayev (Türkmənistan) - Oldjas Satibayev (Qazaxıstan) - 0:3
56 kq
Tural Əhmədov (Azərbaycan) - Bektur Otoqonov (Qırğızıstan) - 2:1
60 kq
Aşxat Nametkerim (Qazaxıstan) - Zakir Safiullin (Qazaxıstan) - 0:3
64 kq
İrakli Melikaşvili (Gürcüstan) - Lorenzo Sotomayor (Azərbaycan) 0:3
69 kq
İqor Xaritonov (Rusiya) - Qela Abaşidze (Gürcüstan) - 3:0
75 kq
Tomas Pivorun (Litva) - Kamran Şahsuvarlı (Azərbaycan) - 0:3
81 kq
Jaba Xositaşvili – Dauren Yelusinov (Qazaxıstan) Xositaşvili qalib gəlib
91 kq
Tadas Tamaşkauskas (Litva) - Heydər Heydərov (Azərbaycan) - 2:1
+91 kq
Denis Latipov (Azərbaycan) – Mixail Baxtidze (Gürcüstan) Latipov diskvalifikasiya olunub
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq