Bəhreynin paytaxtı Manamada taekvondo üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa 13 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 5 gümüş və 3 bürünc medalla qayıdıb.
Belə ki, “Bahrain Open”də Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (53 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyeva (73 kq) və Anastasiya Kan (46 kq) yalnız finalda uduzublar və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Taekvondoçularımızdan Ayxan Tağızadə (63 kq), İnci Zeynep Sönmez (62 kq) və Patimat Abakarova (49 kq) isə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, sayca 6-cı olan və 28 ölkədən 400 idmançının qatıldığı turnirdə millimiz komanda hesabında 2-ci yeri tutub.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib