Yeni zelandiyalı super ağır çəkili boksçu David Tua ukraynalı dünya çempionu Vladimir Kliçkonun sparrinq-partnyoru olmaqdan boyun qaçırıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən məşhur nokautçularından biri bunu yerliçilik prinsipi lə əlaqələndirib.
Kliçko avstraliyalı Aleks Leapai ilə nəzərdə tutulan görüşə hazırlıq zamanı 40 yaşlı Tuanın xidmətindən istifadə etmək istəyib və ona sparrinq-partnyorluq təklif edib. Amma Tua təklifi rədd edib. Zelandiyalı boksçu bildirib ki, heç kimə onun “samoalı qardaşını” döyməyə kömək etməyəcək. Qeyd edək ki, həm Tua, həm də Leapai Samoa adasında doğulublar.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq