Martın 15-18-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəylik Oyunları üzrə 1-ci Əlaqələndirmə Komissiyasının iclası və Gənclər və İdman nazirlərinin 2-ci konfransı keçiriləcək. Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, toplantıda Azərbaycan geniş tərkiblə təmsil olunacaq.
Belə ki, iclasda iştirak üçün gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, İHİF-nın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digərləri Ciddəyə yollanıblar.
Əlaqələndirmə Komissiyasının iclası martın 16-da olacaq. Ertəsi gün isə nazirlərin konfransı zamanı 4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı növbəti hesabatın təqdimatı planlaşdırılır.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq