“İdman qurğularının tikintisi ilə əlaqədar ağacların kəsildiyini yazanlar sanki Bakıda yaşamırlar”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, 2015-ci il Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi zamanı heç bir yerdə ağaclar kəsilməyib: “Bakı İdman Oyunları Sarayı, “Crystal Hall”, Su İdman Növləri Sarayı, Stend Atıcılığı, Böyük Şor qəsəbəsindəki Olimpiya stadionu ətrafında hansı ağaclar kəsilib? Əksinə, neft gölməçələri qurudulub. İdman qurğusu ətrafında parklar salınacaq”.
Nazirin sözlərinə görə, belə məlumatlar ya qərəzlidir, ya da qeyri-peşəkar səviyyədə hazırlanıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib