ABŞ-ın Tuson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, 6 gün davam edən yarış Azərbaycan millisi üçün heç də uğursuz alınmayıb. Uzun fasilədən sonra təmsilçimiz Dünya Kubokunun finalına vəsiqə qazanmağı bacarıb.
Belə ki, Hafiz Cəfərovun yetirmələrindən skit növündə hədəf önünə keçən Nurlana Cəfərova təsnifat mərhələsini 4-cü yerdə başa vuraraq, həlledici mərhələyə yüksəlib. Lakin burada mükafatçılar sırasına düşə bilməyib və 5-ci olub.
Ondan fərqli, Olimpiya çempionumuz Zemfira Meftahətdinova Dünya kubokunu erkən başa vurub. O, bu dəfə 19-cu yeri tutub. Skit növündə mübarizə aparan Paşa Əhədpurla Emin Cəfərov isə müvafiq olaraq, 27-ci və 65-ci pillədə qərarlaşıb.
Trap növündə ölkəmizi təmsil edən yeganə snayperimiz Elvin İsmayılov da okeanın o tayından medalsız qayıdır. O, 80 idmançı arasında 74-cü yeri tutub.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq