Artıq iki aydır komada olan Mixeil Şumaxerin adının icazəsiz olaraq reklam məqsədi ilə istifadə edilməsi qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, içki şirkətinin ölümlə çarpışan pilotun simasından reklam məqsədi ilə istifadə etməsi Şumaxerin tərəfdarlarını qəzəbləndirib
Almaniya şirkətlərindən biri satışını artırmaq üçün yenidən həyata qayıdacağı şübhə doğuran Şumaxerin şəklindən istifadə edib. Frankfurtdakı futbol hakimləri jurnalının mart sayında dünya çempionunun alıcılara şirkətin içkisini tövsiyə edən ifadələri də yerləşdirilib.
Xatırladaq ki, Formula-1 yarışlarının ulduzu Mixael Şumaxer dekabrın sonunda Fransada xizək sürərkən qəza keçirib. Yıxılaraq başından ağır yaralanan çempion artıq 65 gündür komadadır. Həkimlər onun vəziyyəti ilə heç bir proqnoz vermirlər.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq