Atletika üzrə dünyanın məşhur yarışlarından olan “Brilyant Liqa”da ikinci mərhələnin yarışları keçirilib. Apasport.az saytının məlumatına görə, Şanxayda baş tutan turnir azərbaycanlı sprinter Ramil Quliyev üçün uğursuz alınıb.
Belə ki, bu dəfə kişilərin 200 m məsafəyə qaçışı olmadığından həmyerlimiz 100 m məsafəyə qaçışda start xəttinə çıxıb. O, 10,20 saniyə nəticə ilə 6-cı yeri tutub və aktivinə 3 xal yazdırıb. Birinci pilləni isə Rice Preskod (Böyük Britaniya) tutub. O, 100 m məsafəni 10,04 saniyəyə qət edib.
“Brilyant Liqa”nın ilk mərhələsində iştirak edən yığmamızın lideri Aleksis Kopello isə bu dəfə yarışa qatılmayıb. Buna səbəb Şanxayda üçtəkanla tullanmada kişilərin deyil, qadının mübarizə aparması olub.
Qeyd edək ki, “Brilyant Liqa” 14 mərhələdən ibarətdi.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb