Biatlon üzrə səkkiz dəfə olimpiya çempionu, norveçli Ule Eynar Borndalen karyerasını bitirmək fikrindən vaz keçdiyini bildirib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı idmançı 2016-cı ildə Osloda keçiriləcək biatlon üzrə dünya çempionatına kimi çıxış etmək niyyətindədir.
Borendalen bildirib ki, Soçi Olimpiadasından sonra ruh yüksəkliyi yaşayır. Buna görə də, komandası ilə məsləhətləşəndən sonra idman həyatını davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, hələ bir müddət öncə mütəxəssislər artıq onun qələbə çala biləcəyinə inanmadıqlarını deyirdilər. Amma Borendalen Olimpiada zamanı bir çox gənc idmançıları geridə qoyaraq yeni rekorda imza atıb. Hazırda o, qış olimpiya növlərində ən titulu idmançıdır. Borendalenin 13 olimpiya medalı var (8 qızıl, 4 gümüş və 1 bürünc). Bundan əvvəlki rekord daha bir norveçli xizəksürən Boren Deliyə məxsus idi – 12 medal (8 qızıl və 4 gümüş).
Borendalen Dünya Kubokunda 1992/1993-cü il mövsümündən çıxış etməyə başlayıb. İlk dəfə isə Olimpiadaya 20 il əvvəl – 1994-cü il Lillihamerdə qatılıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib