“Azərbaycan yığmasının heyətinə keçməyimlə bağlı yazılanlar həqiqəti əks etdirmirdi”. Apasport.az saytının məlumatına görə, bunu güləş üzrə ukraynalı dünya çempionu Alina Maxinya-Stadnik deyib.
Rusiyada anadan olan, 3 yaşında ikən ailəsi ilə birgə Ukraynaya köçən 23 yaşlı idmançı Azərbaycan millisindən aldığı təklifin detallarını açıqlayıb.
“Düzdür, Azərbaycan Güləş Federasiyasının nümayəndələri mənə belə bir təklif etmişdi. Mən də bu dəvəti nəzərdən keçirdim, bütün müsbət və mənfi cəhətlərini ölçüb-biçdim. Nəticədə bundan imtina etdim. Onların əsas şərti ötən il Budapeştdə keçirilən dünya çempionatında iştirak etməməyim idi. Lakin hamı gördü ki, mən orada xalça üzərinə çıxdım və qızıl medal qazandım. Buna görə də əlavə şərhə ehtiyac yoxdur. Həmin qələbəmdən sonra Azərbaycan təmsilçiləri artıq mənə yaxınlaşmadılar. Yəqin başa düşdülər ki, təkid etmələrinin mənası yoxdur. Mən Ukraynada qalıram və Rio-de-Janeyro Olimpiadasına kimi hansısa ölkənin təklifini götür-qoy belə etməyəcəyəm” – deyə Stadnik bildirib.
Qeyd edək ki, Alina Azərbaycan millisinin şərəfini qoruyan digər milliləşdirilmiş ukraynalı Mariya Stadnikin həyat yoldaşı Andreyin kiçik qardaşı ilə evlidir.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq