Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Taysona azarkeşlərinə imza payladığı mərasimi tərk etmək üçün 12 mühafizəçi tələb olunub. Apasport.az saytının məlumatına görə, Evander Holifild, Rey Leonard, Roberto Düran və Tomas Herns digər keçmiş çempionların da iştirak etdiyi mərasim Nyu-Yorkdakı ticarət mərkəzində baş tutub.
Mərasimə 700 nəfər qatılıb. Taysonla şəkil çəkdirmək istəyən hər bir azarkeş 149 dollar ödəyib. Bundan əlavə, azarkeşlərə 2 min dollarlıq VİP paket də təklif olunub. Bu paketi əldə edən hər bir şəxs beş boksçunun hamısı ilə vaxt keçirmək imkanı qazanıb.
Mayk Tayson professional rinqdə 58 görüş keçirib. O, bu görüşlərdən 50-də qələbə qazanıb (44-də nokautla), 6-da uduzub. 2 görüş baş tutmamış sayılıb. Tayson sonuncu görüşünü 2005-ci ildə keçirib və texniki nokautla uduzub.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq