Yaxın günlərdə televiziya filmində rol alacaq məşhur aktrisa Burcu Emersoy “Fənərbaxça” tərəfdarlarını dəli edəcək açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” azarkeşi olan aktrisa heç bir zaman “fənərli qız” obrazı oynamayacağını bəyan edib.
Oynadığı xarakteri həmişə daxilən yaşamağa çalışdığını vurğulayan Emersoy “Fənərbaxça”ya vurulan qızı oynamayacağını qeyd edib: “Heç bir zaman “Fənərbaxça” sevgisinin nə olduğunu bilməmişəm. Zatən bu rolu oynamaram”.
Qeyd edək ki, Burcu Emersoy uzun müddətdir kikboksinqlə məşğuldur. O, bəzən idmanla məşğul olmasının ona kömək etdiyini də bildirib.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib