Martın 21-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Komandamızın yeni baş məşqçisi Hacıağa Hacıəhmədov qonşu ölkəyə geniş heyətlə yollanacaq. Təcrübəli mütəxəssis ilk sınağında Vüqar Şirinli, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov, Orxan Dünyamalıyev (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 81 kq), Sain Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Vaxtanqi Batıyev (+ 100), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynovaya (63 kq) güvənəcək.
Qeyd edək ki, yarışda 25 ölkədən 207 cüdoçu mübarizə aparacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib