“Azərbaycan yığmasının düşərgəsində yer alsam da, heç bir yarışda çıxış etmədim. Lakin bu mənim gələcək karyeram üçün çox faydalı oldu”. Apasport.az saytının məlumatına görə, bunu bolqarıstanlı ağırlıqqaldıran İvaylo Filev (62 kq) deyib.
27 yaşlı idmançı Azərbaycana gəlib-getməsi barədə növbəti dəfə açıqlama verib. Filev bildirib ki, özü yığmamıza deyil, millimiz ona kömək edib: “Azərbaycanda bir müddət qalıb, lazımı hazırlıq keçmişdim. Oradan qayıtdıqdan sonra məşqlərimi daha da sürətləndirdim. Düzdür, Zlatan Vanevin Azərbaycan adından çıxış etmək təklifindən imtina etmişdim. Amma ona mənə belə imkan yaratdığı üçün minnətdaram”.
Filev uzun fasilədən sonra ağırlıqqaldırmaya dönüşünü qızıl medalla qeyd edib. Onun sözlərinə görə, hazırda İsraildə davam edən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmasında Azərbaycanın da müstəsna rolu olub: “Azərbaycan millisinin düşərgəsində olduğum müddətdə göstəricilərimi yaxşılaşdırdım. Məhz bunun sayəsində Bolqarıstan millisinin heyətinə dönə bildim”.
Qeyd edək ki, İvaylo yığmamızın sabiq üzvləri Veliçko Çolakov və İvan Stoitsovla birgə dopinq qalmaqalında cəzalanan 8 bolqarıstanlı sırasında olub. O da həmyerliləri kimi 4 illik diskvalifikasiya edilmişdi.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq