Zəriflərimiz Ştutqarta getdilər
20.03.2014 - 14:13
Zəriflərimiz Ştutqarta getdilər

Sabah Almaniyada bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start veriləcək. Apasport.az saytının xəbərinə görə, martın 23-dən Ştutqartda təşkil olunacaq yarışda zəriflərimizdən fərdi turnirdə Marina Durunda və Gülsüm Şəfizadə mübarizə aparacaqlar.

 

Qrup turnirində ölkəmizi Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət komanda ilə təmsil edəcək.