NBA: Liderdən ardıcıl 4-cü qələbə
03.02.2025 - 12:16
NBA: Liderdən ardıcıl 4-cü qələbə

NBA-da müntəzəm mövsüm davam edir.

Apasport.az xəbər verir ki, bu gün 5 matç keçirilib.

Turnir lideri “Klivlend Kavalyers” evdə “Dallas Maveriks”i qəbul edib. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 144:101. 

Ardıcıl 4-cü dəfə qələbə qazanan "Kavalyers"in heyətində Darius Qarland 17 xal, 10 assist, Evan Mobli isə 22 xal, 11 ribaundla yadda qalıb. Qonaqların ən məhsuldar oyunçusu isə 12 xal, 11 ribaundla Kaylor Kelli olub. 

NBA

 

Müntəzəm mövsüm

 

"Detroit Pistons" - "Çikaqo Bullz" – 127:119

"Toronto Raptors" - “Los-Anceles Klippers” – 115:108

"Miluoki Buks" - “Memfis Qrizzlis” – 119:132

“Klivlend Kavalyers” - “Dallas Maveriks” – 144:101

“Filadelfiya” - “Boston Seltiks” – 110:118.

0