
"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XIX turunda NDT üzərində qazanılan 105:79 hesablı qələbəni şərh edib:
"Qələbəyə və müntəzəm mövsümü lider olaraq başa vurduğumuza görə şadam. Amma məşqçi olaraq məni nəticədən əlavə həm də komandanın oyun keyfiyyəti maraqlandırır. Görüşün sonunda hesab arasındakı fərqdə 30, 20 və ya 2 xal öndə olsaq da, maksimum oynamalıyıq. Yaxşı temp qazanmışıq. Amma yenə bir müddət fasilə olacaq. Fikir vermisizsə biz 3 məğlubiyyətimizi məhz fasilədən sonra çıxdığımız oyunlarda almışıq. Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm".
Qeyd edək ki, "Sabah" sona bir tur qalmış A qrupunu lider bitirmək vəzifəsinin öhdəsindən gəlib.