Amerika Kubokunun ilk yarımfinalçısı bəlli oldu
05.07.2024 - 09:24

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, raundun ilk matçında son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada rəqibini 4:2 hesabı ilə üstələyən "tanqoçular" yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
- KDÇ: Pley-offa vəsiqə qazanan 8 komanda bəlli olub
- DÇ: “Atletiko” “Botafoqo”nu, PSJ “Palmeyras”ı üstələdi - YENİLƏNİR
- DÇ: “Yuventus” və "Siti"dən darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİB
- DÇ: “Dortmund” - "Mamelodi Sandauns" görüşündə 7 qol, “İnter”dən əzmkar qələbə
- “Araz-Naxçıvan”ın rəqibindən yeni transfer
0
0