ÇL: “İnter” darmadağın oldu - PSJ çempion - YENİLƏNİB
01.06.2025 - 00:50
ÇL: “İnter” darmadağın oldu - PSJ çempion - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İtaliyanın “İnter” komandaları üz-üzə gəlib.

Almaniyada “Allianz Arena”da baş tutan finala saat 23:00-da start verilib.

Fransa təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub etməyi bacarıb və ilk dəfə bu titulun sahibi olub.

UEFA Çempionlar Liqası
Final

31 may

23:00 PSJ (Fransa) – "İnter" (İtaliya) 5:0
Baş hakim: İştvan Kovats (Rumıniya)
“Allianz Arena”, Almaniya