Millətlər Liqası: Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub etdi - YENİLƏNİB
21.03.2025 - 01:41
Millətlər Liqası: Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub etdi - YENİLƏNİB

Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib.

Apasport.az xəbər verir ki, 12 cütdə ilk oyunlar keçirilib.

Mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gəlib.

A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşmalar keçirilib. Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.

Görüşə yaxşı başlayan ev sahibləri 9-cu dəqiqədə açıblar. Türkiyənin heyətində Orkun Kökçü fərqlənib. Oyun ərzində üstünlüyü əldən verməyən türklər matçı 3:1 hesabı ilə qalib başa vurublar.

Xorvatiya evdə Fransa ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2 cavabsız qolu ilə başa çatıb - 2:0.

İspaniya isə səfərdə Hollandiya ilə 2:2 hesablı heç-heçəyə razı olub.

Millətlər Liqası
20 mart
1/4 final, ilk oyunlar

23:45. Niderland – İspaniya 2:2
23:45. Xorvatiya – Fransa 2:0
23:45. Danimarka – Portuqaliya 1:0
23:45. İtaliya – Almaniya 1:2

A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Türkiyə - Macarıstan 3:1
23:45. Ukrayna – Belçika 3:1
23:45. Avstriya – Serbiya 1:1
23:45. Yunanıstan – Şotlandiya 0:1

B Liqasına vəsiqə uğrunda pley-off
21:00. Ermənistan – Gürcüstan 0:3
23:45. Kosovo – İslandiya 2:1
23:45. Bolqarıstan – İrlandiya 1:2
23:45. Slovakiya – Sloveniya 0:0

Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.