Azərbaycan boks millisi Avropa rekordunu təkrarlayıb
31.05.2024 - 17:17
Azərbaycan boks millisi Avropa rekordunu təkrarlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyasını qazanmaqla Avropa rekordunu təkrarlayıb.

Apasport.az xəbər verir ki, bu nəticə ilə yığmamız Fransa paytaxtına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub.

Azərbaycandan başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququ qazanıblar. Rekorda sahib 3 ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında üç vəsiqə var.

Millimiz Parisdə 7 çəki dərəcəsindən altısında təmsil şansını da saxlayır. Yığmamızın daha iki üzvü Tailanddakı çıxışını davam etdirir. Boksçularımızdan Şamil Əsgərov (57 kq) və Alfonso Dominqes (92 kq) “dördlüy”ə qoşula bilər.

Qeyd edək ki, II Dünya Olimpiya Təsnifat Turnirində 63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov bu gün Paris-2024-ə vəsiqə qazanıb. Daha öncə isə Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) bu uğura imza atıb.

0