Cüdo: Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
22.04.2026 - 14:19
Cüdo: Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Naxçıvan Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Apasport.az xəbər verir ki, aprel ayının 25-də baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.