Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün iki günlük seminar keçirib.
Apasport.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.
Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov federasiyanın iş planı barədə danışaraq yeni mövsümdə 1-ci liqa yarışlarının keçiriləcəyini diqqətə çatdırıb. Həmçinin gələcəkdə nəzərdə tutulan zona yarışlarının vaxtı, məkanı və yeni qaydalar ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə “Kür” komandasının baş məşqçisi Nasser Salimi həndbolun texnikası və taktikası mövzusu üzrə çıxış edib.
Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara toplar və sertifikatlar təqdim edilib.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib