Azərbaycan kubokunun sahibi müəyyənləşdi
                    
                    24.05.2025 - 14:43
                        
                    
                    Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" qarşılaşıblar.
Mingəçevir həndbolçuları fasiləyə 1 xal üstün yollanıblar - 11:10.
İkinci hissədə "Bakı" oyunda dönüş yaratmağa çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.
                                
                                0
                                
                                0