“Azəryol”dan qələbə, “Qarabağ” məğlub oldu
05.05.2025 - 12:57
“Azəryol”dan qələbə, “Qarabağ” məğlub oldu

Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsi gərgin və maraqlı qarşılaşmalarla davam edir.

Apasport.az xəbər verir ki, qadınların mübarizəsində “Qarabağ” və “Kür” komandaları üz-üzə gəlib. Yüksək tempdə keçən görüşdə “Qarabağ” rəqibini 35:30 hesabı ilə məğlub edərək önəmli qələbəyə imza atıb.

Digər qarşılaşmada isə “Azəryol” rəqibi “İdman Akademiyası”nı məğlub edib – 45:24. 

Kişilər arasında keçirilən I-IV yerlər uğrunda oyunlarda da maraqlı nəticələr qeydə alınıb. “Azəryol” “Bakı” üzərində 33:29 hesablı qələbə qazanıb. Gözlənilməz nəticə isə “Qarabağ”dan gəlib – onlar lider “Kür”ə 26:37 hesabı ilə uduzublar.

Çempionatın final mərhələsi həyəcan dolu qarşılaşmalarla davam edir.