"Bakı" "Qarabağ"a qalib gəlib
                    
                    19.04.2025 - 18:48
                        
                    
                    Kişi həndbolçuların Azərbaycan çempionatının final mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, növbəti tura Bakıda start verilib.
I-IV yerlər uğrunda mübarizədə “Bakı” “Qarabağ”ı qəbul edib. Qarşılaşma "AHF Arena"da keçirilib. Paytaxtın eyniadlı təmsilçisi bu görüşdə 29:24 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun aprelin 20-də keçiriləcək “Kür” - “Azəryol” görüşü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
                                
                                0
                                
                                0