2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin cənub bölgəsi üzrə zona yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, Cəlilabad Olimpiya Kompleksində keçirilən yarışda yerli komanda ilə yanaşı, Lənkəran, Yardımlı, Neftçala və Lerik idmançıları mübarizə aparıblar.
Zona yarışı finalda Lənkəran təmsilçisini 9:8 hesabı ilə məğlub edən "Cəlilabad" komandasının qələbəsi ilə nəticələnib. İlk iki pillədə qərarlaşan komandalar ölkə birinciliyinə qatılmaq hüququ əldə ediblər.
Qeyd edək ki, Qərb bölgəsini təmsil edən komandalar arasında yarışın qalibi Mingəçevir həndbolçuları olublar.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib