Kişi həndbolçulardan ibarət “Kür” klubunun avrokubok oyunlarının təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Avropa kubokunun 2-ci mərhələsinin “Parnassos”la hər iki oyununda eyni ədalət təmsilçiləri iş başında olacaq.
Kipr klubu ilə oyunları serb hakimlər idarə edəcəklər. Stefan Berdiç və Filip Sorakın işinə isə rumıniyalı EHF nümayəndəsi Remus Kojokaru qiymət verəcək.
Qeyd edək ki, oktyabrın 26-da və 27-də keçiriləcək matçların ikisi də Mingəçevirdəki “Kür” Olimpiya İdman Təlim Mərkəzində baş tutacaq. Kiprlilərin nominal meydan sahibi olduğu ilk qarşılaşma 17:00-da, cavab görüşü 16:00-da başlayacaq.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib